Meymunlar bəbirə hücum etdi - VİDEO

Cənubi Afrikanın milli parkında meymunlar bəbirə hücum edib.

Musavat.com xəbər verir ki, Cənubi Afrikanın şimalındakı Kruger Milli Parkında safariyə çıxan turistlər qeyri-adi video çəkiblər. Bəbir kolların arasından onlara hücum edəndə bir sürü meymun əvvəlcə qaçmağa başlayıb, lakin alfa erkək meymun yırtıcı ilə döyüşə girib.

Sonra digər meymunlar da döyüşə qoşulublar. Onlar bəbiri dişləməyə və cırmaqlamağa başlayıblar və nəticədə ona qalib gəliblər.

Yırtıcı qaçmağa məcbur olub.

31.08.2023 03:42
2432