ABŞ-nin Məxfi Xidmətinin əməkdaşı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın yanında olan silahlı şəxsə atəş açıb.
"Report"un məlumatına görə, bu barədə "The New York Post" mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Məxfi Xidmətin əməkdaşı “Palm Beach” (Florida ştatı) qolf klubunda şübhəli kişini görüb və silaha bənzəyən əşyanı gördükdən sonra atəş açıb. Bundan sonra şübhəli şəxs yerli polis tərəfindən saxlanılıb.
ABŞ-nin sabiq prezidenti Donald Trampın olduğu Florida ştatında, qolf klubunun yanında atəş açan silahlı şəxs sabiq dövlət başçısına hücum etməyi planlaşdırıb. Bu barədə isə CNN mənbələrə isitnadən bildirib.
"Rəsmilər silahlı şəxsin Trampa hücum etmək niyyətində olduğunu güman edirlər", - telekanal əlavə edib.