İsrailin İran əleyhinə planlaşdırdığı hücum ABŞ-ın gizli sənədlərinin sızması səbəbindən təxirə salınıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusu (IDF) alternativ bir plan hazırlamaq məcburiyyətindədir.
Bu sızma hücumun detalları və əməliyyatların məxfiliyini təhlükə altına qoyduğu üçün hərbi strategiyada dəyişikliklər etməyə səbəb olub.
İsrailin “Walla” saytı yazır ki, ABŞ rəsmiləri İsrailin İran əleyhinə planlaşdırdığı hücumla bağlı məlumatların iranyönlü “Middle East Spectator” tərəfindən yayımlanmasından narahatdır.
Nəşr bu sızmanın ABŞ kəşfiyyatında ciddi təhlükəsizlik pozuntusunu göstərdiyini vurğulasa da, bunun İsrailin planlarına təsir etməyəcəyini qeyd edir.
Musavat.com