"Metronet"in bu istifadəçiləri internetsiz qalıb

Zabrat, Balaxanıda "Metronet" istifadəçiləri internetsiz qalıb.

Bu barədə Musavat.com-a abonentlər məlumat veriblər.

Bildirlir ki, günorta saatlarından etibarən internetin verilişi dayandırılıb və şirkət tərəfindən bu barədə onlara heç bir açıqlama verilməyib.

Məsələ ilə bağlı "Metronet"dən Musavat.com-a bildirilib ki, internetin olmamasının səbəbi qəza ilə bağlıdır. Qeyd olunub ki, ərazidə internetin verilişi sabah (1 mart) bərpa olunacaq.

Musavat.com

28.02.2025 18:17
328