Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu gün bu stansiyalarda...

Bu gün “Gənclik” metrostansiyasında iş rejimi dəyişdiriləcək.

Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada "Qarabağ" - “Olimpiya” oyununun başlanması ərəfəsində iş rejimi gücləndiriləcək. 

Sərnişinlərin mənzil başına rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq, bununla qatarların hərəkəti intensivləşdiriləcək.

Metronun “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.

Musavat.com

31.08.2023 09:57
803