Metroda qatarlarda gecikmə olub

Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı Metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır.

Musavat.com xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında, 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub. Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb.

21.08.2024 09:58
267