İyunun 16-da metronun İnşaatçılar stansiyasında Bakı şəhər sakini olan bir qadının çantasından içərisində pulu, bank kartı, sənədlər və ev açarları olan cüzdanın oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Cəlaləddin Abdullazadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.