Metroda problem yarandı, sərnişinlər düşürüldü

Metronun "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb. 

Bu barədə Musavat.com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, təlimat qaydalarına uyğun olaraq, qatara baxış təyin edilib. Əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.

Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.

05.01.2023 18:04
528