Metroda iki gənc əlbəyaxa dava etdi - VİDEO

Rusiyanın paytaxtı Moskvada iki nəfər metroda mübahisə ediblər. Onların mübahisəsi tezliklə əlbəyaxa davaya çevrilib.

BAKU.WS xəbər verir ki, hadisənin videosunu Moskva Prokurorluğu "Telegram"da yayımlayıb.

Kadrlarda iki rusiyalının nəyəsə görə mübahisə etdiyi görünür. Mübahisə zamanı kişilərdən biri əvvəlcə rəqibinin üzünə yumruq vurur, daha sonra sinəsinə təpiklə vurur və o, da buna zərbə ilə cavab verir.

Döyülmə faktı ilə bağlı cinayət işi açılıb.

25.12.2023 18:42
1163