Metroda gediş haqqı artırılır?

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı bildirilir.

Musavat.com xəbər verir ki, pravda.az məsələni dəqiqləşdirmək üçün “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Üç gün keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib.

Xatırlatma: Hazırda metroda gediş haqqı 50 qəpikdir.

07.01.2025 12:04
1704