Moskvada oğlan sevgilisinə evlilik təklifi etmək qərarına gəlib. Belə ki, o, bunun üçün metro stansiyasını seçib. Lakin bu, gəncin həbs olunması ilə nəticələnib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 7-də baş verib.
Belə ki, gənc oğlan platformanın ortasında romantik masa düzəldib və qıza evlənmə təklif edib.
Məlumata görə, noyabrın 9-da oğlan saxlanılıb və xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib. Hüquq-mühafizə orqanları bildirib ki, gəncin hərəkətləri sərnişin axınına mane olub.
Məhkəmə onu beş sutka inzibati həbs cəzasına məhkum edib.
Qız isə xırda xuliqanlıqda təqsirli bilinərək cərimələnib.
Musavat.com