Metroda dünyaya gələn uşağa bu ad VERİLƏCƏK

Xəbər verdiyimiz kimi, bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.

Musavat.com xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, dünyaya gələn uşağın cinsiyyəti oğlandır. Eyni zamanda ailə uşağa Cəsur adını qoymaq istəyir.

Qeyd edək ki, ananın vəziyyəti orta ağırdır.

08.08.2025 14:28
2052