Azərbaycan Mətbuat Şurası əməkdar jurnlist Mais Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.
Musavat.com APA-a istinadən xəbər verir ki, nekroloqda Mais Məmmədovun Azərbaycanın jurnalistika tarixindəki rolundan bəhs olunub: "Telejurnalistikamızın nəhəng siması, vətənpərvərliyi peşəkar dəst-xətlə sübuta yetirməyin bariz nümunəsi Mais Məmmədovun yoxluğu jurnalistikamız üçün son dərəcə böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, çoxsaylı həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini və üzüntülərini bölüşürük".