Mətbuat Şurası İlham Xudiyevin vəfatı ilə bağlı nekroloq yaydı

Azərbaycan Mətbuat Şurası jurnalist İlham Cəmil oğlu Xudiyevin vəfatı ilə bağlı nekroloq yayıb.

Musavat.com həmin nekroloqu təqdim edir:

"Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist İlham Cəmil oğlu Xudiyevin vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir.

Qarabağ müharibəsinin veteranı olan İlham Cəmiloğlu müxtəlif illərdə hərbi jurnalist kimi fəaliyyət göstərib, "Azərbaycan Ordusu" və "Qarabağ" qəzetlərində çalışıb, həmçinin Modern.az və Musavat.com saytları ilə əməkdaşlıq edib.

Jurnalist fəaliyyəti və bədii yaradıcılığı vətənpərvər amallara köklənmiş İlham Cəmiloğlunun əziz xatirəsi daim yaddaşlarda yaşayacaq.

Allah rəhmət eləsin!"

20.08.2024 13:23
508