Mətanət İsgəndərlinin oğlu və nəvəsi əlbəyaxa dalaşıb – İddia

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana ötən gün paylaşdığı açıqlamalarla bağlı yenidən danışıb.

Musavat.com olay-a istinadən xəbər verir ki, o, “Tarixin bir günü” verilişində qonaq olub. Canana deyib ki, məlum hadisədən sonra evə keçmiş həyat yoldaşı Kərim gəlib və onun böyük oğlu Tuncayla dalaşıb:

“Sonra Kərimi yoldaşı çağırıb, qaça-qaça gəlib. Açıb qapını içəri giiriblər. Kərimlə əlbəyaxa dalaşıblar. Mənə də Səadət zəng etdi ki, sən gəldin deyə, atası ilə əlbəayaxa olublar. Kərim Tuncaya qışqırıb ki, niyə qapını vurursan? Sonra da zəng etdi ki, sənin başına oyun açacağıq, polisə verəcəyik səni”.

Qeyd edək ki, Canananın paylaşdığı videoda Kərimin yeni həyat yoldaşının oğlu Tuncaya qapını açmadığı anlar əks olunmuşdu.

08.12.2023 03:43
1564