Mətanət İsgəndərlinin keçmiş gəlini "TOPA TUTULDU" 

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana İnstaqramdakı izləyiciləri tərəfindən “topa tutulub”.

Buna onun “Gözəl qayınanamla” statusuyla Mətanət İsgəndərli ilə birgə fotosunu paylaşması səbəb olub.

Həyat yoldaşı Kərimdən ayrılan Canananın bu hərəkəti insanlarda özü haqqında mənfi fikir formalaşdırıb. Əksəriyyət onun vaxtilə ailə qalmaqalı yaşadığı keçmiş qayınanası, tanınmış sənətkar Mətanət İsgəndərlinin adından özünüreklam kimi istifadə etdiyini bildirib. İzləyicilər ailəsindən ayrılandan sonra müğənniliyə başlayan gəlini qeyri-səmimilikdə suçlayıblar.

Qeyd edək ki, müğənni bir müddət öncə Mətanət İsgəndərlinin repertuarından olan “Sevdirə bilmədim özümü sənə” mahnısını da ifa etməklə tamaşaçılarda çaşqınlıq yaradıb. Əksəriyyət bir neçə ildir müğənni kimi səhnəyə atılan Canananın səsi və səhnə plastikası olmadığını xüsusilə vurğulayıb. (Konkret.az)

08.07.2023 21:48
1318