Mətanət İsgəndərlinin keçmiş gəlini: “Ögey anaları uşaqlarıma qapı açmır”

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana yeni ittihamlar irəli sürüb.

Oxu.Az xəbər verir ki, o “Instagram”da paylaşdığı videolarla iddia edib ki, İsgəndərlinin yeni gəlini övladlarına zülm edir:

“Ögey ananı balalarımın evinə gətirib, o da uşaqlarıma qapı açmır. Balacalarımı da görməyə qoymur. Qızım xəstədir. Yalvarıram, mənə kömək edin. Oğlu mənə hədə-qorxu gələrək mülklərdən imtina etdirdi. İndi də hədə-qorxu gəlir ki, uşaqları görməyəcəksən. Başıma bir hadisə gəlsə, bilin ki, onlar günahkardırlar. Çünki mənə heç kim kömək etmir”.

06.12.2023 03:52
1015