Əməkdar artist Mətanət İsgəndərli "Külək bizə neyləyəcək" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Bəstənin sözləri Gülağa Tənha, musiqisi Rauf Məmmədova məxsusdur. Ekran işinin rejissorluğunu Nail naiboğlu edib.
Klip Astarada lentə alınıb. Rejissor bildirib ki, M.İsgəndərli ekran işinə 10 min manat xərcləyib. (Axşam.az)