Mətanət Əsədova: Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum

Müğənni Mətanət Əsədova verilişlərin birinə qonaq olub.

Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:

“Ən böyük bacım Səfayə xanım beş yaşım olanda ailə qurub. O, gəlin gedəndə mən fikirdən sarılıq olmuşdum. Elə bilmişəm ki, anam odur. Bizim çox qayğımıza qalıb. Rayonda yaşayırdıq, şəhərdən də həkimlər gəldi, amma məni sağalda bilmədilər. Toydan üç gün sonra bacımın yanına getmişəm, onu qucaqlayıb, qoxulamışam və sağalmışam. Uşaq vaxtımdan mən belə həssasam, fikir edirəm”.

16.04.2024 01:29
846