El arasında tez-tez işlədilən belə bir ifadə var – alın yazısı. Bu ifadə xüsusilə vəfat etmiş adamlar üçün daha çox işlədilir. Belə bir ifadə də var ki, əcəl gələndə aparacağı adamın kimliyinə, statusuna da baxmır. Heç harada və nə işlə məşğul olduğunu da nəzərə almır...
Statistik göstəricilərə görə, hər il dünyada təxminən 45-50 min nəfər intim münasibətdə olduğu zaman ölür. Bu statistikada kişilərin 25 faizi öz həyat yoldaşları ilə, 75 faizi isə fahişə və məşuqələrlə cinsi əlaqə zamanı ömürlərinin son akkordlarını vururlar. İntim münasibət zamanı ölüm riski kişilərə nisbətən qadınlarda 12 dəfə azdır.
İntim münasibətdə olduqları zaman dünyalarını dəyişən insanların arasında tanınmış məşhurlar da var.
Məşhurların həyatında intim əlaqə zamanı daha çox səs-küyə səbəb olan ölüm faktı 1899-cu ildə qeydə alınıb. Fransa prezidenti Feliks For işdən sonra tez-tez ziyarət etdiyi fahişəxanaya, məşuqəsi Marqarit Stenelin görüşünə gedib. İntim əlaqənin elə ilk dəqiqələrində Feliks For ölüb. Bu hadisəyə görə məşuqə cəzalandırılmayıb. Amma bu səsli-küylü hadisədən sonra Marqarit Stenel müştərilərini birdəfəlik itirib.
Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti Nelson Rokfeller 70 yaşında belə, ehtiraslarını cilovlaya bilməyib.
Məhz ömrünün bu yaşında vitse-prezident öz məşuqəsi ilə cinsi əlaqədə olanda ehtiraslarının çılğınlığından ürəyi dayanıb və ömrünün son dəqiqələrini məşuqəsinin qoynunda keçirib. Nelson Rokfellerin ölüm haqqında şəhadətnaməsində də bu öz əksini tapıb.
Çilinin tanınmış siyasətçisi Raul Velosonun həyatı da yataqda sona çatıb.
Siyasətçi intim münasibətdə olduğu zaman dünyasını dəyişib. Ancaq onun ölümü deputat seçkilərində qələbə qazanmağına mane olmayıb. Belə ki, Humanistlər Partiyasından parlament seçkilərinə namizədliyi irəli sürülən Raul Velosonun adı səhvən siyahıdan çıxarılmayıb. Seçki günü seks qurbanı olan siyasətçi səs çoxluğu ilə parlamentin “ölü deputatı” seçilib.
1865-ci ilin oktyabrında cinsi əlaqə daha bir məşhur siyasətçinin həyatına son qoyub. İngiltərənin baş naziri Henri Palmerston xidmətçisi ilə bilyard masasının üstündə cinsi əlaqə zamanı vəfat edib.
Məşhur aktyor Devid Kerradayn 2009-cu ildə Banqkokda vəfat edib. Onun ölümünün səbəbi də ifrat dərəcədə sekslə məşğul olmağı olub. Digərlərindən fərqli olaraq, aktyor sekslə tək məşğul olmağa üstünlük verib.
Errol Flinn 1930-1940-cı illərdə Hollivudun ən məşhur kino ulduzlarından biri sayılıb. Ancaq aktyorun ulduz həyatı 50 yaşında sona çatıb. O, 15 yaşlı Beverli Adlendlə eşq macərası yaşayıb. Münasibətlərinin ikinci ilində Errol Flinn məşuqəsi ilə intim münasibət zamanı dünyasını dəyişib.
İntim münasibət insan sağlamlığı üçün vacib şərtlərdən biridir və o, həm də həzz mənbəyidir. Amma bu sahə ilə bağlı ən sadə bilgilərə malik olmamaq göründüyü kimi, insanın həm həzzinə, həm də həyatına birdəfəlik son qoyur.
İlham Cəmiloğlu, Musavat.com