Messi bir matçda 5 qol ötürməsi edib

"İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında ilk dəfə bir matçda 5 məhsuldar ötürmə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Messi ABŞ-nin Böyük Futbol Liqasında (MLS) komandasının 6:2 hesabı ilə qalib gəldiyi “Nyu-York Red Bulls” ilə matçda beş dəfə assistentlik edib və bir qol vurub.

Messi MLS tarixində bir matçda 5 məhsuldar ötürmə edən ilk oyunçu olub. O, eyni zamanda liqada bir oyunda altı xal toplayan ilk və yeganə futbolçudur.

Fevralın 24-də Messinin ABŞ-nin ən populyar idmançısı olduğu məlum olub. 12 yaşdan yuxarı insanlar arasında keçirilən sorğuda Messi keçmiş basketbolçu Maykl Cordan və keçmiş amerikalı futbolçu Tom Bredi qabaqlayıb.

Musavat.com

05.05.2024 11:15
720