Tele-aparıcı, aktyor-prodüser İlkin Həsəni: "Bir faciəni Ramazan ayı ilə əlaqələndirib, necə sevinə bilərsiniz? Bu gecə bir daha əmin oldum ki, vicdanın ypxdursa, sənə heç bir din kömək etməyəcək".
Müğənni Nura Suri: "İnsanların ölümünə sevinən, başqalarına pislik arzulayanların niyyət və əməlləri bir gün öz başlarında çatlayacaq, cəhənnəmdə yanacaq".
Prodüser Tarix Əliyev: "İndi hamı dindar, oruc tutan oldu? Hamı evə saat 10-da gedir?
Bəsdirin. Guya ki, siz bara getmirsiz, içki içmirsiz? Mən bara getmirəm, içki də içmirəm. Həmin gecə klubunda da mənim nə yaxınım olub, nə də o məkanı tanımıram. Amma orada partlayış olub, tez bunu necə Allahın qəzəbinə yozursuz? Allahın qəzəbinə elə siz gəlirsiz!"
Rejissor Ramin Hacıyev: "Xidmətçi gecə klubundan evinə 5-10 manat apardığına görə cəhənnəmə, sən buna görə sevinirsənsə cənnətə düşəcəksə, onda bu din mənə lazım deyil. Bu qədər geri zəkalısız... "
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova: "İnsanların başqasının faciəsinə sevinməsi ən böyük fəlakətdir... "
Xatırladaq ki, partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.
Xalidə Gəray
Musavat.com