Türkiyəli müğənni Cem Adrianın Vanda verdiyi konsertdə xoşagəlməz hadisə yaşanıb.
Sənətçinin üzünə plastik su qabı atılıb. İfasına davam edən Adrian daha sonra açıqlama verib:
"Utanc hissi yaşamanızla bağlı xeyli mesajlar alıram. Mən özümü çox yaxşı və gözəl hiss edirəm. Belə hiss etməyinizə ehtiyac yoxdur. Mən gül bağçasında idim, 1-2 tikana görə bağçaya küsməzlər. Mən gülə görə tikanı da sevirəm. Möhtəşəmsiniz Van. Hər şey üçün minnətdaram". (Axşam.az)