Türkiyənin pop musiqisi müğənnisi Zeliha Sunalın həyat yoldaşı Nəzmi Sunal dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Zeliha Sunal, "Həyat yoldaşımı, ən yaxın dostumu itirdim", -deyə paylaşım edib.
Nəzmi Sunalın cənazəsi bazar günü günorta namazından sonra İstanbuldakı Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.
Musavat.com