Məşhur türkiyəli model həbs edildi

Məşhur türkiyəli keçmiş model Deniz Akkaya həbs edilib.

Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.

Məlumata görə, model 15 yaşlı qızına qarşı zorakılıq etdiyi iddiası ilə 4 ay 27 gün həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, modelin Ayşe adlı qızına qaşı zorakılıq törətdiyi iddiası ilə mühakimə olunduğu məhkəmədə onun "Öz nəslindən olan bir insanı sadə silahla yaralama" maddəsi üzrə 9 aydan 1 il 6 aya qədər həbs edilməsi tələbi irəli sürülmüşdü. Bununla bağlı məhkəmə işi yekunlaşıb və qərar verilib.

Bildirilib ki, hadisə baş verən gün Akkaya ilə qızı Ayşe arasında baş verən mübahisə zamanı model istifadəyə yararlı və içərisində dəmir termos olan, silah hesab edilən çantanı, həmçinin simsiz qulaqlığı qızına doğru atıb, bundan əlavə, qızına təpik və şillə vurub, boğazını sıxıb.

Bu səbəblərə görə məhkəmə qızı Ayşenin ondan şikayətçi olmadığını da nəzərə alaraq, Deniz Akkayanı "Öz nəslindən olan bir insanı sadə silahla yaralama" maddəsi üzrə 4 ay 27 gün azadlıqdan məhrum edib.

Xatırladaq ki, Akkaya ilə Ayşe arasında qalmaqallı mübahisə zamanı o, qızının mobil telefonunu əlindən almaq istəyib və vəziyyət kəskinləşib. Ayşe anasını eyvanda kilidləyib və uzun müddət qapını açmayıb. Deniz Akkaya polis çağırıb və bu yolla evə girə bilib. Qızı tərəfindən zorakılığa məruz qaldığını iddia edən Akkaya onu cəzalandırmaq üçün müvəqqəti olaraq uşaq evinə göndərdiyini bildirib. Hadisədən sonra Akkayanın keçmiş əri Efe Önbilgin qəyyumluq iddiası qaldırıb və məhkəmə prosesini qazanıb.

Məhkəmə qızın uşaq evində qalmasını məqsədəuyğun saymayıb və Ayşenin qəyyumluğu atası Efe Önbilginə verilib. Məhkəmə Ayşenin uşaq evindən çıxarılaraq atasına təhvil verilməsinə qərar verib.

 

17.09.2024 17:02
919