Məşhur rus təbliğatçısı Belqorodda ÖLDÜRÜLDÜ

Sentyabrın 15-də “Krab” ləqəbli rus hərbi müxbiri Aleksandr Korobov Belqorodda öldürülüb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd edək ki, Aleksandr Korobov “Rossiya 1” kanalının Belqorod bürosuna rəhbərlik edib. O, həmçinin Rusiya Müdafiə Nazirliyinin resursu olan "Zvezda" telekanalına da işləyib və buna görə dəfələrlə Kremldən mükafatlar alıb.

Ukrayna kəşfiyyatı bildirib ki, Korobov təkcə müharibə ilə bağlı yalan materiallar hazırlamayıb, həm də Ukraynaya qarşı ağır hərbi cinayətlərin törədilməsində şəxsən iştirak edib.

Musavat.com

16.09.2024 19:31
1655