Məşhur rəqqas zorlama cinayəti ilə həbs olundu - FOTO

Amerikanın məşhur “Ulduzlarla rəqs” teleşousunun iştirakçısı, rəqqas Artyom Çiqvintsev ailədaxili zorakılıqda şübhəli bilinərək saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd olunur ki, rəqqas avqustun 29-da Kaliforniya ştatında həbs edilib. O, ABŞ cinayət məcəlləsinin həyat yoldaşına, birgə yaşadığı şəxsə və ya valideynlərdən birinə bədən xəsarəti yetirmək maddəsini pozmaqda ittiham edilib.

Çiqvintsev saxlanılaraq Napa qraflığının həbsxanasına göndərilib. O, həbs zamanı müqavimət göstərməyib. Daha sonra 25 min dollar girov ödəyib və sərbəst buraxılıb.

Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Çiqvintsev İjevskdə anadan olub, lakin 2003-cü ildə ABŞ-a köçüb. O, Amerikanın "Ulduzlarla rəqs" və "Strictly Come Dancing" rəqs şouları sayəsində məşhurlaşıb.

30.08.2024 18:17
838