Məşhur reper mikrofonu izləyicisinin başına çırpdı - ŞOK VİDEO

Dünyaca məşhur amerikalı reper, bəstəkar Cardi B yeni qalmaqallı davranışı ilə gündəmə gəlib.

Musavat.com bildirir ki, ifaçı səhnədə çıxış edən zaman izləyicilərdən biri əlindəki içkini onun üzərinə atıb.

Bundan əsəbləşən Cardi B əlindəki mikrafonu izləyicinin başına çırpıb.

Bununla bağlı sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.

Xalidə Gəray
Musavat.com

30.07.2023 17:47
1220