Dünyaca məşhur repçi Pi Diddi (əsl adı Şon Kombs) insan alveri ittihamı ilə həbs edilib.
Bu barədə "TMZ" nəşri məlumat yayıb.
Sənətçi Manhettendə oteldə saxlanılaraq Federal Təhqiqat Bürosunun qərargahına aparılıb.
Bildirib ki, səlahiyyətlilər repçini çərşənbə axşamı həbs etməyi planlaşdırıblar, lakin "nəsə baş verib ki, məmurlar onu planlaşdırılan vaxtdan tez həbs etməyə məcbur edib".
Diddi, cinsi təcavüz, fahişəliyə çağırış, qeyri-qanuni maddələr və odlu silahların yayılmasında ittiham olunur.
Bu yaxınlarda musiqiçinin ABŞ-dakı evlərində axtarış aparılıb.//Olay.az