Türkiyədə Koronavirus Elmi Komitəsinin üzvü professor Kənan Midilli 59 yaşında ürək tutması nəticəsində dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, Kənan Midillinin cənazəsi 5 noyabr Kırklarelinin Lüleburgaz rayonunda torpağa tapşırılacaq.
İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Tibbi Mikrobiologiya Bölümü və Koronavirus Elmi Komitəsinin üzvü professor Kənan Midillinin ürək tutması nəticəsində dünyasını dəyişdiyi açıqlanıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca da professor Kənan Midillinin ölümü ilə bağlı paylaşım edib.
Musavat.com