Türkiyənin məşhur müğənnisi Elif Karlıya ağır itki üz verib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin həyat yoldaşı Cengiz Karlı həbsxanada vəfat edib.
Qeyd edək ki, Cengiz Karlı 7 ay idi ki, azadlıqdan məhrum olunmuşdu. 57 yaşlı iş adamı “Sarallar” adlı cinayətkar qrupun üzvü olmaqda ittiham edilirdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Onun infarkt keçirdiyi bildirilir.
Xalidə Gəray
Musavat.com