Pedofiliya və insan alverində təqsirli bilinən amerikalı keçmiş müğənni və musiqi prodüseri R.Kellinin (Robert Silvestr Kelli) qızı 26 yaşlı Buku Abi uşaq ikən atasının ona təcavüz etdiyini deyib.
Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, “Karma: Qızın səyahəti” sənədli serialında etiraf edib.
Qızın sözlərinə görə, atası tərəfindən təcavüzə məruz qalanda onun 8-9 yaşı olub.
"Onun mənə toxunduğunu xatırlayıram. Nə edəcəyimi bilmirdim. Ona görə də yatmış kimi davrandım və bunu anama söyləməyə belə qorxdum" deyə, Buku bildirib.
Buku 10 yaşında baş verənləri anasına danışdığını və bir müddət sonra birlikdə polisə anonim ifadə yazdıqlarını söyləyib. Lakin hadisənin üzərindən vaxt çox keçdiyinə görə, R.Kelli cinayət məsuliyyətinə cəlb oluna bilməyib.
Müğənninin qızı aldığı psixoloji travmalara görə, intihara cəhd etdiyini də açıqlayıb.
Kellinin vəkili “People”a açıqlamasında Bukunun iddialarını təkzib edib. Onun sözlərinə görə, Bukunun anası Andrea Kellini qızına təcavüz etməkdə ittiham edib və iş İllinoys ştatının Uşaq və Ailələr Departamenti tərəfindən araşdırılıb, lakin heç bir dəlil tapılmayıb. Vəkili vurğulayıb ki, sənədli film çəkilərkən müğəninin mövqeyi soruşulmayıb.
Qeyd edək ki, 2019-cu ildə R.Kelli qadınların və azyaşlı qızların cinsi istismarı və cinsi istismarı işi üzrə 30 il müddətinə azadlıqdan məhrum edilib. Bununla da onun karyerası bitib.
Onu da qeyd edək ki, bir müddət əvvəl "Pi Diddi" ləqəbli məşhur reper Şon Con Kombs insan alveri iddiaları ilə bağlı davam edən cinayət istintaqı çərçivəsində sentyabrın ortalarında Nyu-Yorkda həbs edilib.