Amerikalı müğənni Mariah Carey həm anası Patrisiyanı, həm də bacısı Alisonu eyni gündə itirib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
“Alison həyatının son üç həftəsində evdə palliativ yardım aldı. Onun daxili orqanlarında problemlər var idi”, - deyə ailə dostu Deyv Beyker bildirib.
“Ürəyim qırıldı, keçən həftə sonu anamı itirdim. Faciəvi hallar elə oldu ki, bacım elə həmin gün dünyasını dəyişdi. Nə yaxşı ki, son həftəni anamla keçirə bildim”, - deyə 55 yaşlı ulduz bildirib.
Xatırladaq ki, Mariah Carey 200 milyondan çox albom satıb. Mariah Carey bir neçə filmdə rol alıb və xeyriyyə işlərində iştirak edib. O, iki dəfə evlənib və musiqiçi Nik Kannonla evliliyindən iki əkiz övladı var.