Məşhur müğənni Kibariyə 13 yaşında çıxış etdiyi restoranda təcavüzə məruz qalmaq təhlükəsi ilə üzləşdiyini etiraf edib.
Sənətçi bu barədə "Gökay Kalaycıoğlu ile 360 Derece" verilişinə qonaq olarkən deyib.
Müğənni bildirib ki, Muğlada çıxış etdiyi restoranda bir nəfər ona aşiq olub:
"Ad vermək istəmirəm, mənə aşiq olmuşdu, köynəyimin düymlərini qoparı yaxamı açdı, çox pis şeylər ola bilərdi, çox qorxmuşdum. 13 yaşım tamam olmuşdu. Yediyim cacığın (məzə) içinə yuxu dərmanı atmışdılar. Zeyno abla deyə bir qadın var idi, həmin qadın məni xilas etdi. O zaman telefon yox idi, məktubla xəbərləşirdik. Məktub yazdıqdan sonra anam-atam məni gəlib aldı. Ondan sonra o işə orda son verdim. Qorxmuşdum, o yaşda nə eşqi, ailəmə, bacı-qardaşlarıma baxmaq üçün o işə çıxmışdım".
İfaçı çətin keçən uşaqlığından da söz açıb:
"Anamı alıb sinəmdə gizlədə bilərəm. Onu çox sevirəm. Qardaşlarım da. Ölmüş birinin arxasından bu qədər danışılmaz, günaha girirəm, amma atam məni çox döyürdü. O, belimdən kəmərlə vurardı. Atamı da anamı çox sevirəm. Döydüyü üçün aramızda soyuqluq yaranmışdı. Ömrümdə heç vaxt uşağımı vurmamışam, qışqırmamışam. Çünki çox əziyyət çəkmişəm. Rahat və xoşbəxt deyildim". (Publika.az)