"Qremmi" mükafatçısı Roberta Flak 88 yaşında vəfat edib.
Bu barədə "Variety" məlumat yayıb.
Nəşrin məlumatına görə, sənətçi ailəsinin əhatəsində dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Flak 1970-ci illərdə şöhrət qazanıb. Onun "The First Time Ever I Saw Your Face", "Killing Me Softly with His Song" və "Feel Like Makin' Love" adlı bəstələri bir neçə il ard-arda hit-paradlarda birinci olub./Söz.az