Məşhur müğənni vəfat etdi

“Kahtalı Miçe” ləqəbli türkiyəli müğənni Mustafa Kahtalı vəfat edib.

İfaçı 74 yaşında Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni ömrünün son 4 ayını xəstəxanda keçirməli olub.

Qeyd edək ki, Kahtalı 57 illik karyerasında 19 albom çıxarıb. 5 il əvvəl məhkəmə qərarı ilə soyadını "Aslan"dan "Kahtalı"ya dəyişib. Onun 4 övladı var./Yenisabah.az 

16.02.2025 10:33
852