Türkiyənin məşhur müğənnisi Sezen Aksu İstanbulun Beykoz rayonunda səs verib.
Musavat.com xəbər verir ki, Sezen Aksu saat 08:30-da Sedat Simavi adına orta məktəbə gəlib. Növbədə dayananlar müğənni ilə şəkil çəkdirib, avtoqraf alıb və gül dəstəsi verərək müğənninin "Analar Günü"nü təbrik ediblər.
Səsini verdikdən sonra Sezen Aksu bunları deyib: "Vətənə millətə xeyirli olsun, həmişə belə deyirlər, mən də belə deyim və belə də olsun".
Musavat.com