Rusiyalı müğənni Stas Pieha xəstəxanaya yerləşdirilib.
Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, ürəyində problem olan ifaçı reanimasiyadadır.
Bu barədə sənətçi özü məlumat yayıb. Təcili yardım maşınında çəkdirdiyi şəkilləri yayımlayan Stas xəstəxanada çox qalmayacağını ümid etdiyini bildirib. O qeyd edib ki, evdə olarkən qəfildən ürəyində ağrılar başlayıb. Həkim ilk müayinədən sonra onun xəstəxanaya aparılmasına qərar verib.
SSSR Xalq artisti Edit Piehanın nəvəsi olan Stas hazırda həkim nəzarətində saxlanılır.