Məşhur müğənni ölkəni tərk etdi - FOTO

Əslən Ukraynadan olan məşhur müğənni Lolita Rusiyanı tərk edib.

O, Rusiya-Ukrayna müharibəsi başlayan gündən Kremli dəstəkləyib. Ancaq Lolita indi Rusiyanı tərk etmək qərarına gəlib. O, sosial şəbəkə hesabında 20 saat yolda qaldığını və çox yorulduğunu bildirib.

Məlum olub ki, Lolita anasının və qızının yaşadığı Bolqarıstana gedib.

Müharibənin əvvəlində Lolita anası və qızını Ukraynadan çıxarıb. Onlar 2 ildir ki, yaşadıqları Bolqarıstana köçüblər. Bu zaman Lolita Putinin siyasətini dəstəkləyərək Rusiyada yaşamağa və işləməyə davam edib.//Publika.az 

03.09.2024 10:59
1060