İlk yayın vaxtı 17.12.2023 23:14
Dünya şöhrətli müğənni Beyonsun təmzi kapitalı 800 milyon dollara çatıb.
"Forbes" jurnalı onun tezliklə milyarder olacağını yazıb.
Beyons indi özünü yalnız müğənni kimi yox, həm aktrisa, həm də biznes-ledi tanıdıb.
O bir sıra şirkətlərin investoru kimi çıxış edir.
Müğənninin kapitalı ötən 1 illə müqayisədə 300 milyon dollar artıb. Bu kəskin artıma onun "Renessans" adlı dünya turuna çıxması səbəb olub.
Beyonsun Malibudakı 200 milyon dollarlıq evi Kaliforniya tarixindəki ən bahalı ev sayılır.//Lent.az