Məşhur müğənni bir gündə milyonçu oldu

Sosial media hesabındakı paylaşımları ilə tez-tez adından söz etdirən türkiyəli müğənni Ebru Polat "İnstagram"ın ona səhvən 650 milyon TL (37,4 milyon AZN) göndərdiyini bildirib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bu barədə müğənni sosial media hesabında paylaşım edib:

"İnstagram"ın bank hesabıma göndərdiyi pul sayəsində "Forbes"in açıqladığı Türkiyənin ən zəngin adamları siyahısına daxil olmuşam. İnanın, çox təəccüblənirəm".

Digər tərəfdən, o, pul köçürməsinin "İnstaqram"dakı texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Musavat.com

06.01.2024 17:56
18681