82 yaşlı Lev Leşenko nadir, ölümcül xəstəlikdən - transtiretin amiloidozundan əziyyət çəkir.
Musavat.com axşam.az-a istinadən bildirir ki, bu haqda "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Xalq artisti dövlət hesabına müalicə olunur.
Lev bu yaxınlarda 1,8 milyon rubl dəyərində "Vindamex" dərmanını pulsuz alıb. Bildirilir ki, müğənni hazırda ikinci terapiya kursu keçir və bu, xoşbəxtlikdən onun konsertlərini davam etdirməsinə, bizneslə məşğul olmasına və hətta ictimai tədbirlərə qatılmasına mane olmur.