Məşhur müğənni ağır infeksiyaya yoluxdu - Fanatlarına xəbərdarlıq etdi

İzmir konsertindən sonra son 3 gündür ki, ağır infeksiya ilə yataq xəstəsiyəm. Həkimlərimizdən ciddi xəbərdarlıq almışam. İndi mənə imza günü yüzlərlə insanla təmasda olmağı qadağan ediblər. Kuruçeşmə konsertlərində də yaşadığım bu infeksiyaların epidemik xəstəliklərdən qaynaqlandığını və təmas yolu ilə keçdiyini izah etdilər. Konsertlərimdən sonra sevdiklərimlə saatlarla şəkil çəkdirməkdən həzz alıram, amma konsertdən sonra tərim soyumamış kulislərdə ən azı saatlarla yüzlərlə insanla təmasda olmaq məni iki dəfə yataq xəstəsi etdi. Odur ki, bu günlərdə həkimim qəti təlimat verib.

Bu sözləri 44 yaşlı məşhur müğənni Gökhan Özen instaqramda yazıb. Sənətçi bildirib ki, həkimi ona tamaşaçılarla ünsiyyətdə olmağı qadağan edib.

"İyul və avqust aylarından başqa sağlamlıqla əlaqədar kulisdə görüşə bilməyəcəyik. Fanatlarıma məlumat vermək istədim. Mənə və komandama təzyiq göstərən, konsertdən sonra öz qərarları ilə (təşkil olunmamış) kulis qapılarını sındırmağa çalışan fanatlarımdan xahiş edirəm ki, özlərini belə aparmasınlar. Bu cür davranışa yol verən dostlar Fan Kluba qəbul edilməyəcək. Sağalan kimi Fan Klubla bağlı sizə şad xəbərim olacaq. Fan Klubuna üzv olmaq üçün müəyyən meyarlar olacaq, görək kim üzv ola biləcək", - müğənni sonda vurğulayıb.

13.03.2024 21:09
3158