Məşhur məşqçi faciəvi şəkildə ÖLDÜ - FOTO

Rusiyalı 37 yaşlı məşqçi Aleksey Milovanov Soçidə binanın səkkizinci mərtəbəsində yerləşən mənzilinin pəncərəsindən yıxılaraq ölüb.

Musavat.com-un REN TV-yə istinadən xəbərinə görə, hadisə oktyabrın 11-də yerli vaxtla saat 11:00 radələrində baş verib.

Məlumata görə, Milovanov pəncərədən yıxıldıqdan sonra xəstəxanaya aparılıb. Lakin həkimlər başından və ayaqlarından ağır xəsarət alan məşqçinin həyatını xilas edə bilməyib. O, hadisədən bir saat sonra reanimasiyada dünyasını dəyişib.

MİLO.jpg (65 KB)

Musavat.com

13.10.2023 17:38
1952