Məşhur məmurun oğlu ovda həlak oldu - FOTO

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

Musavat.com yenisabah.az-a isitnadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.

Hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Elşad Astanov göldə ov edərkən qayıq aşıb və o boğularaq ölüb.

Qeyd edək ki, göldə boğulan gəncin atası Şükür Astanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin sabiq rəisi olub. İmişlidə kifayət qədər tanınan Şükür Astanovun sahibkarlıq fəaliyyəti ilə də məşğul olduğu deyilir.

mm gb.JPG (36 KB)

 

28.01.2024 22:47
6270