Məşhur "Рюмка водки на столе" mahnısının müəllifi, rusiyalı bəstəkar, müğənni Jekanın (Yevgeni Qriqoryev) həyat yoldaşı Yelizaveta intihar edib.
Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bəstəkarın xanımı ötən gün 37 yaşında həyatını sonlandırıb.
Yaxınlarının "StarHit"ə verdiyi məlumata görə, Yelizaveta son illər xəstəlikdən əziyyət çəkib. Bildirilib ki, təcili tibbi yardım gələnə qədər o dünyasını dəyişib.
Qeyd edək ki, cütlük 13 il davam edən münasibətin ardından 2021-ci ildə ailə qurub. Onların 11 yaşlı övladları var.
Sözügedən bəstə Rusiyanın Xalq artisti Qriqori Leps tərəfindən ifa olunub.