Məşhur klinikanın direktorunun ölkədən çıxışına qadağa QOYULDU

"Nigar Klinikası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Sərdar Ağamir oğlu Seyidov olan, Çobanzadə küçəsi 24/05 ünvanında yerləşən "Nigar" klinikasının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 51236.77 manat vergi borcu var.

Artıq birinci instansiya məhkəməsi də vergi borcunun ödənilməsi barədə qərar verib. Sərdar Seyidov Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

İşə hakim Səadət Səlimovanın sədrliyi ilə baxılacaq. Qeyd edək ki, klinikanın təsisçisi ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazovdur.

05.09.2024 01:58
1858