Xəbər verdiyimiz kimi, Türkiyədə ötən gün yerli özünüidarə orqanlarına seçkilər keçirilib.
Musavat.com xəbər verir ki, 22 yaşlı Zeynəb Çelik Türkiyədə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gələrək ölkənin ən gənc qadın bələdiyyə sədri olub.
Bələdiyyə sədri seçilən Zeynəb Çelik Yenicenin tanınmış iş adamlarından olan Mehmet Çelikin qızıdır.
"Birlikdə səylərimiz və dualarımızla başladığımız bu yolda dəstəyinizə görə sizə çox təşəkkür edirəm. Buna borcluyam. Kalkıma layiqli xidmətlər və xalqımıza önümüzdəki 5 ilin hər günündə dəyər vermək başlıca hədəfimdir. Mən sizlərə layiq olamağa çalışacağam. Bu uğur hamımızındır",-deyə Zeynəb Çelik bildirib.
Qeyd edək ki, Zeynəb Çelik Çanaqqalada Yenice bölgəsinə daxil olan Kalkımın bələdiyyə sədri seçilib.
Musavat.com