Məşhur idmançının qatilindən ETİRAF: "O hərəkətinə görə..." - VİDEO

Dağıstanlı FightNights döyüşçüsü Məhəmmədrəsul Mutayevin qatili onu öldürməsinin səbəbini açıqlayıb.

Musavat.com bakupost.az-a istinadən bildirir ki, o, mərhumdan ona sataşdığına görə qisas alıb. Guya ölən şəxs onu yandırmaq yolu ilə kürəyində "qancıq" sözü yazmaqla hədələyib. Baza Telegram kanalının məlumatına görə, Mutayev və onun qatili Nadirxan K. əvvəllər dost olublar. Ancaq bir gün Nadırxan bir məclisdə döyüşçünün atasının bir dəfə məhkum edildiyini deyib. Guya bu, Mutayevin xoşuna gəlməyib və o, dostunu cəzalandırmaq qərarına gəlib. Nadirxanın sözlərinə görə, bir dəstə adam onu döymək, başını kəsmək, sonra da saçını qırxıb kürəyinə yandırmaq yolu ilə "qancıq" sözünü yazmağı planlaşdırıblar. Amma onu döyən şəxslərdən biri fikrini dəyişib və buna imkan verməyib.

Döyülən Nadirxanı buraxıblar və evə gedib. Ancaq iki həftə sonra yenidən onu ələ salmağa başlayıblar. Bu dəfə döyməklə yox, kinayəli sözlərlə. Belə ki, ona "səninlə bu cür davrandıq, çünki sən kişi deyilsən" sözlərini yazıblar.

Bu hadisədən sonra Nadırxanın səbri tükənib. Yanvarın 31-də o, Mutayevi güdüb və evində güllələyib.

Baza-nın məlumatına görə, saxlanılan şəxs qətli törətdiyini etiraf edib.

05.02.2024 19:06
1216