Braziliyalı idmançı Marcio Freire Portuqaliyanın Nazare şəhərinin məşhur Şimal çimərliyində sörfinqlə məşğul olarkən dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, 47 yaşlı idmançını ilk yardım cəhdlərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Portuqaliya Milli Sahil Mühafizəsi 47 yaşlı Freire-nin ölüm xəbərini təsdiqləyib.
Dalğaları ilə məşhur olan Nazare şəhərinin Şimal çimərliyində sörfinq edərkən həyatını itirən Freire məşq edərkən sörfinqdən yıxılıb. Sudan çıxarılsa da, ürəyi dayanan sörfçünü xilas etmək mümükün olmayıb.
Musavat.com